Mətbuatda:

Deputatlar internetdən necə istifadə edirlər?

Bakı, 07 dekabr (Cahid.info)

Cahid İsmayıloğlu: “Elə deputat vardır ki, heç onun adın ən böyük artarış sistemi olan “Google”da axtaranda nəticə əldə etmək mümkün olmur.”

Ölkənin informasiya mühitində baş verənlər göstərir ki, internet saytları hər bir siyasətçinin, parlament üzvlərinin, rəsmi şəxslərin və digərlərin fəaliyyəti ilə bağlı əsas informasiya mənbəyi olaraq formalaşma və inkişaf dövrünü yaşayır.

İctimaiyyətdə informasiyaya ehtiyac günü-gündən çoxalmaqdadır, cəmiyyət artıqdaha çevik və daha dəqiq informasiya əldə etmək istəyir. Düzdür, mətbuat hər zaman informasiya obyekti olamaqdadır, ancaq informasiyanı onun mənbəyindən əldə etmək daha cazibdir.

İnternetdə kiçir bir araşdırma aparmaqla, hansı deputatın internetdən nə dərəcədə istifadə etməsinin şahidi olmaq mümkündür.

Müşahidə edirik ki, ümumiyyətlə əksər millət vəkillərinin internet saytları mövcud deyil, mövcud olanların bəziləri isə elə mövcudluğu ilə kifayətlənir.Hətta elə deputat vardır ki, heç onun adın ən böyük artarış sistemi olan “Google”da axtaranda nəticə əldə etmək mümkün olmur. Halbuki, internet vasitəsi ilə deputatlarla seçicilər arasında olan sədd aradan qaldırıla bilər. Bu texnologiya buna nail olmaq iqtidarındadır. Bunlar elektron hökumət layihəsində də geniş əksini tapmışdır.

 

İlk növbədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın internet saytın (www.mehriban-aliyeva.org) qeyd etməklə başlamaq istəyirəm. Tam professional şəkildə tərtib olunan vebsayt hər gün müntəzəm olaraq yenilənir, M.Əliyevanın hərtərəfli fəaliyyətini buradan üç dildə tamamilə izləmək mümkündür.

Deputat Fuad Muradovunda rəsmi internet saytı (www.fuadmuradov.az) ilk qurulan saytlardandır, uzun zamandır ki, fəaliyyətdədir. Demək olar ki, deputatın Milli Məclis və gənclərlə iş üzrə ayrı-ayrılıqda fəaliyyətini – görüşlərini, çıxışlarını, mətbuata müsahibələrini, səfərləri haqqında məlumatları, video yayılmarı bu saytdan izləmək mümkündür. Sayt çevik xarakterli saytdır, demək olar ki, hər həftə yenilənir. Qeyd edim ki, Fuad Muradov internet saytı ilə sosial şəbəkələrin inteqrasiyasın təşkil etmişdir. Bununla sayt istifadəçilərini sosial şəbəkələrdəki səhifəsinə və əksinə sosial şəbəkələrdəki (facebook, twitter, youtube) istifadəçiləri internet saytına cəlb etməyi reallaşdıra bilmişdir. Sayt 1 dildə fəaliyyət göstərir.

İnternet məkanında diqqəti cəlb edən daim çevikliyi ilə seçilən saytlardan biri də deputatGülər Əhmədovanın rəsmi internet saytıdır (www.gularahmadova.com). Məzmun baxımından çox zəngin saytdır. Demək olar ki, hər gün yenilənir, ingilis dilində də fəaliyyət göstərir.

Milli Məclisdə yeni olmağına baxmayaraq, gənc deputat Ceyhun Osmanlının rəsmi internet saytı (www.ceyhunosmanli.az) deyərdim ki, dünya şöhrətli siyasətçilərin saytlarından heçdə geridə qalmır. Saytda ilk olaraq interaktiv kabinet diqqətimi cəlb elədi. Onlayn şəkildə sayt ziyarətçiləri deputata çox asanlıqla müraciət ünvanlaya bilərlər.

C.Osmanlı da həmçinin sosial şəbəkələr ilə saytı inteqrasiya etmişdir. Sayt üç dildə tam fəaliyyətdədir. Eyni zamanda deyim ki, deputat C.Osmanlının bloqu da fəaliyyət göstərir.

Təəssüf ki, ən aktiv parlament üzvlərindən olan Qənirə Paşayevanın internet saytını axtarışım nəticəsiz qaldı. Bu səbəbdən deputatın dolğun fəaliyyətini bir mənbədən izləmək mümkün deyil, bu da pərakəndəliyə gətirib çıxarır.

Buna baxmayaraq Qənirə Paşayeva sosial şəbəkələrdən fəal istifadə edir. Millət vəkilinin facebook və twitter sosial şəbəkələrində rəsmi səhifələri daim yenilənir.

20 saylı Nərimanov ikinci seçki dairəsidən seçilmiş deputat Adil Əliyevin (www.adilaliyev.az) internet saytı axırıncı dəfə 2007-ci ildə yenilənib. Deputat Qüdrət Həsənquliyevin (www.hasanguliyev.az) də internet saytı bu saytdan geriyə qalmır. “Qarabağ problemi” bölməsi də daxil olmaqla əksər bölmələr boşdur, heç bir informasiya tapılmır.

Deputat, SSR-i Xalq Artisti Zeynəb Xanlarovanın (www.zeynabxanlarova.com) rəsmi internet saytı isə onun yalnız musiqiçilik fəaliyyətini əks etdirir.

Deputat Asil Mollazadənin internet saytını axtarış saytlarında axtardığım zaman tamamilə rus dilində fəaliyyət göstərən bloqu ilə raslaşmaq olar (asimmollazade.blog.day.az). Qeyd edim ki, Asim Mollazadə sosial şəbəkələrdən maksimum dərəcədə istifadə edir.

Digər parlament üzvü Ziya Səmədzadənin internet saytı (www.samedzade.az) yalnız seçki dövründə aktiv olan saytlardandır. Sentyabr ayından bugünə qədər yenilənməməkdədir.

Bir çox deputatların saytı seçki ərəfəsində aktiv olur, seçki bitdikdən sonra fəaliyyətin dayandırır, tədricən bir il müddətinə də silinib yox olur.

Bunlardan 32 saylı Suraxanı üçüncü seçki dairəsidən deputat Ağacan Abıyev(www.agajan-abiyev.az), 24 saylı Nizami birinci seçki dairəsi Rövnəq Abdullayevin (www.rovnagabdullayev.com), deputat Sabir Rüstəmxanlının (www.sabirrustamxanli.com) və 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatAydın Abbasovun (www.aaa.az) rəsmi internet saytları fəaliyyətini yalnız seçki dövründə saxlaya bilmişdir, hal-hazırda internetdən tam şəkildə silinmişdir.

Cahid İsmayıloğlu
Cahid.info

URL: http://www.cahid.info

 
     
© 2011 WebStudio.Az LLC