Biz:
Məqsəd:

Əsas məqsədimiz internet texnologiyalarından istifadə edərək diasporumuzun, Qarabağ probleminin, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının, elminin təbliğini həyata keçirməkdir.
Yerli istehsalla məşğul olan şirkətlərə güzəştli şərtlərlə veb-saytların təklif edilməsi və bu yolla milli sahibkarlara dəstək də «WEBSTUDIO AZERBAIJAN»ın əsas məqsədləri sırasındadır.

Tarixçə:

«WEBSTUDIO AZERBAIJAN» MMC 2003-cü ilin sentyabr ayında təsis edilmiş və veb texnologiyaları sahəsində ixtisaslaşmış şirkətdir.
«WEBSTUDIO AZERBAIJAN» ölkəmizdə internetin yayılmağa başladığı ilk günlərdən fəaliyyətə başlamış və əsasən qeyri-kommersiya layihələrini üstün tutaraq, Azərbaycanda internetin inkişafına dəstək verə bilmişdir.

Hədəf:

Əsas hədəfi milli internet resurslarının yaradılması və inkişafıdır. Bu işlər ən son texnologiyaların tətbiqi ilə həyata keçirilir.
Yaxşı veb-sayt – incəsənətin, rahatlığın və funksionallığın hər zaman balanslaşdırılmış ahəngidir. Lakin incəsənət yalnız veb-saytı yaratmaq deyil, həm də onu effektli etməkdir. Məhz «WEBSTUDIO AZERBAIJAN» təcrübəsi internet istifadəçiləri üçün effektli, rahat və işlək saytların yaradılmasına qadirdir.